Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşüb.
“Report” Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfərin məqsədi Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının noyabrın 11-də keçiriləcək növbəti iclasında iştirak etməkdir.