Azərbaycanın müdafiə naziri Qazaxıstanın baş naziri ilə görüşüb

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfəri çərçivəsində bu gün həmin ölkənin baş naziri Kərim Məsimov ilə görüşüb. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, eyni zamanda ölkələrimizin müdafiə nazirlikləri arasında əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı marağın olduğu bildirilib.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27