Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirəcək

Tbilisi. 1 fevral. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Gürcüstanın hərbçilərinin birgə iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə fevralın 1-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşündə bildirilib.

Qeyd olunub ki, hərbi təlimlərin keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27