Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Bakı. 13 iyun. REPORT.AZ/ Türkiyənin İzmir şəhərində əməliyyat planlaşdırması prosesi kursu keçirilir. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kurslar iyunun 13-də başlayıb və 16-dək davam edəcək.

Bundan başqa, iyunun 13-dən 17-dək Almaniyanın Oberammerqau şəhərində kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər kursu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27