​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Bakı. 25 iyul. REPORT.AZ/ İyulun 25-dən avqustun 19-dək Saçxere şəhərində (Gürcüstan) “Orta yay dağ hazırlığı” kursu və iyulun 26-dan iyulun 28-dək Mittenvald şəhərində (Almaniya Federativ Respublikası) “Alp qanqalı” təlimi keçiriləcək.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27