Azərbaycan Rusiyada tank biatlonunda iştirak edəcək

Azərbaycan komandası Moskva vilayətindəki Alabino poliqonunda 3-17 avqust tarixlərində keçiriləcək beynəlxalq tank biatlonu yarışlarında iştirak edəcək.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, 25 ölkənin qabaqcıl tank heyətlərinin iştirak edəcəyi yarışlarda Azərbaycan püşkatmanın nəticəsinə uyğun olaraq Belarus və Serbiya ilə yanaşı ilk yürüşlərdə çıxış edəcək.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27