Azərbaycan ordusunun nümayəndələri Türkiyədə səfərdədir

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan ordusunun nümayəndələri Türkiyədə səfərdədir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərdə məqsəd Ankarada keçirilən terrorizmlə mübarizə üzrə ardıcıl tərcümə metodologiyası kurslarında iştirak etməkdir.  

Kurs fevralın 16-dək davam edəcək. 

Bundan başqa, Almaniyanın Qarmiş-Partenkirxen şəhərində terrorizmlə mübarizə sahəsində ardıcıl tərcümə metodologiyası kursları keçirilir. 

Fevralın 23-dək davam edəcək tədbirdə Azərbaycan ordusunun nümayəndələri də iştirak edirlər.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27