Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan ordusunda keçirilən komanda-qərargah hərb oyunlarının planına əsasən, qarşıya qoyulan vəzifələr birliklərdə mərhələlərlə icra edilir.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, birliklərin qərargahlarında əməliyyatın planlaşdırılması başa çatdırılır və komandirlər ayrı-ayrı istiqamətlərdə qoşunların döyüş fəaliyyətinin aparılmasına bilavasitə rəhbərlik edirlər.