Azərbaycan Hərbi Hava Qüvvələri üçün yeni nəsil reaktiv təyyarə alınıb

Bakı. 10 may. REPORT.AZ/ Bu gün Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliyanın “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi təyyarəyə baxış keçirdikdən sonra onun taktiki-texniki xüsusiyyətləri, istismarı və digər keyfiyyətləri barədə ətraflı brifinq təqdim olunub.

Digər xəbərlər