Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir

Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 13-dən 17-dək Tbilisi şəhərində (Gürcüstan) strateji liderlik proqramı kursu, fevralın 13-dən 24-dək Haaqa şəhərində (Niderland Krallığı) hərbi-mülki əlaqələr üzrə qərargah zabiti kursu və Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) dil testi üzrə seminar keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27