Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, mərasimdə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və müavinləri, Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin, hərbi attaşelər, komandalar və media nümayəndələri iştirak ediblər.
Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov qonaqları salamlayaraq "Beynəlxalq Ordu Oyunları" çərçivəsində keçilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin başlanması münasibətilə komandaları təbrik edib və onlara uğurlar arzulayıb.
General-polkovnik R.Jaksılıkov oyunların beynəlxalq əməkdaşlığın formalaşması və inkişafında xüsusi rola malik olduğunu vurğulayıb.
Sonra Beynəlxalq Ordu Oyunlarının bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər.
Tədbirin rəsmi hissəsindən sonra yarışlara qatılan komandaların üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər üçün konsert proqramı təqdim olunub.
Qeyd edək ki, avqustun 24-dək davam edəcək "Artilleriya atəşinin ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Ermənistan, Tacikistan, Zimbabve, Venesuella və Qırğızıstan komandaları iştirak edirlər.
"Artilleriya atəşinin ustaları" müsabiqəsinin açılış mərasimi keçirilib
Digər xəbərlər
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
25 oktyabr, 2026 / 17:32
Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib
25 oktyabr, 2026 / 17:20
Hərbi Tibb Fakültəsində Tibbi ingilis dili kursu keçirilir
21 oktyabr, 2026 / 18:08
Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb
21 oktyabr, 2026 / 10:39
Şahinlərin Görüşü-2026 təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib
20 oktyabr, 2026 / 15:27
Azərbaycan və BƏƏ-nin HHQ komandanları ikitərəfli əməkdaşlığı müzakirə ediblər
19 oktyabr, 2026 / 19:11
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
19 oktyabr, 2026 / 17:56
Azərbaycan və BƏƏ hərbi pilotları şərti hədəflərin zərərsizləşdirilməsi üzrə tapşırıqları icra edib
19 oktyabr, 2026 / 17:24
NATO və Azərbaycan arasında hərbi əməkdaşlıq inkişaf etdirilir
19 oktyabr, 2026 / 16:46
Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb
19 oktyabr, 2026 / 09:35
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
18 oktyabr, 2026 / 20:08
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
18 oktyabr, 2026 / 19:51
Şahinlərin Görüşü - 2026 təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
18 oktyabr, 2026 / 15:37
Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər
17 oktyabr, 2026 / 14:49
Bakıda keçirilən NATO təlimi başa çatıb
17 oktyabr, 2026 / 13:24
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
16 oktyabr, 2026 / 18:17
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
16 oktyabr, 2026 / 15:37