“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, yarışların növbəti mərhələsində Azərbaycan Ordusunun artilleriyaçıları gecə atışları icra edib.