Şəmkir rayonunda iki qardaşın iştirakı ilə kütləvi dava olub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanın Şəmkir rayonunda iki qardaşın iştirakı ilə kütləvi dava olub. “Report”un DİN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Yeniabad kəndində kənd sakinləri Elmar Əliyev, Vüqar Hüseynov və onun qardaşı Valeh münaqişə zəminində bir-birlərinə bıçaqla xəsarət yetiriblər. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47