Ziya Bunyadov prospektində yük maşını ilə avtomobil toqquşub, xəsarət alan var - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 00:38

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Ziya Bünyadov prospektində "10-NE-941" dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı avtomobil "90-SP-837" dövlət nömrə nişanlı "Az samand" markalı avtomobillə toqquşub. Hadisə zamanı 1988-ci il təvəllüdlü Sadıqova Nuridə Əfqan qızı və 1995-ci il təvəllüdlü Tanrıverdiyeva Lətafət Əfqan qızı xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. N.Sadıqovaya kəllə-beyin travması, L.Tanrıverdiyevaya bel, oma nahiyəsinin küt travması diaqnozları qoyulub.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Video: İlqar Abdullayev

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47