Ziya Bünyadov prospektində minik maşını yanıb - FOTO - VİDEO

Bakı. 12 mart. REPORT.AZ/ Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində "AzSamand" markalı minik avtomobili yanıb.

“Report” xəbər verir ki, yanğın taksi fəaliyyəti ilə məşğul olan "10-TD-109" dövlət qeydiyyat nişanlı maşının mühərrik hissəsində qəfil alışma nəticəsində baş verib.

Əraziyə FHN-in Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun avtomobilin benzin çəni hissəsinə keçməsinin qarşısı alınıb. Avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

Hadisə nəticəsində yolda sıxlıq yaranıb.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45