"Zeytun" aptekdə soyğunçuluq: 2 min manat apardılar

Bakıda aptekdən soyğunçuluq edilib. 

"Report" xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib. 

Belə ki, "Zeytun" apteklər şəbəkələrindən birində satıcı işləyən A.Allahverdiyevaya qarşı soyğunçuluq edilib. Naməlum şəxs aptekə gələrək kassada olan 2 000 manatı götürərək hadisə yerindən qaçıb.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir. 

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02