Zərdabda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Zərdabda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Zərdab-Ağcabədi magistral yolunda qeydə alınıb. Belə ki, Aqil Cəbrayılovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Nazim Umudovun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub.

Nəticədə “Mercedes”də olan qadın sərnişin, VAZ-da olan sürücü müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18