Zərdabda azyaşlını avtomobil vuraraq öldürüb

Bakı. 30 noyabr. REPORT.AZ/ Zərdab rayonunda azyaşlını avtomobil vuraraq öldürüb. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 29-da saat 12 radələrində Zərdab şəhərinin ərazisində Böyük Dəkkə kənd sakini Vüsal Mehdiyev idarə etdiyi “VAZ-21064” markalı avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Turan Şəmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Zərdab rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45