Zərdabda iki nəfərin ölümü ilə nəticələnən qəzada xəsarət alanların diaqnozları məlum olub.
Zərdab Rayon Mərkəzi Xəstəxanasından "Report"un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, hazırda tibb müəssisəsində beş nəfər müalicə alır.
Xəsarət alanlardan Məmmədova Sona Tehmir qızında (1995) sol körpücük sümüyünün sınığı, sol tərəfli qabırğaların çoxsaylı sınığı, Məmmədova Raya Sərkər qızında (1969) sol tərəfli 1-ci əl sümüyünün sınığı, Məmmədov Məftun İntiqam oğlunda (1991) döş qəfəsinin travması, qabirğaların sınığı, Məmmədov Uğur Məftun oğlunda (2017) səthi zədələnmə dəri sıyrığı, Məmmədli İntiqam Məftun oğlunda (2016) səthi zədələnmə, dəri sıyrığı qeydə alınıb.
2016-cı il və 2017-ci il təvəllüdlü azyaşlıların (hər ikisi kişi) vəziyyətləri stabil, durumları orta ağır qiymətləndirilən digər pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyəti ağır qiymətləndirilən 2023-cü il təvəllüdlü Tunar Məmmədli ağır kəllə beyin travması aldığından və beyindaxili qanaxma keçirdiyinə görə göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:50 adələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, hadisə zamanı 1966-cı il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
Zərdab rayonunda baş verən avtomobil qəzasında xəsarət alan azyaşlı Tunar Məmmədov ölüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bununla da qəza nəticəsində ölənlərin sayı ikiyə çatıb.
Zərdab rayonunda baş verən avtomobil qəzasında bir nəfər ölüb, altı nəfər xəsarət alıb.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, xəsarət alanlar rayonun Bıçaqçı kənd sakinləri olan bir ailənin üzvləri olan Məftun Məmmədov, Sona Məmmədova, Rəna Məmmədova, Tunar Məmmədov, İntiqam Məmmədov (azyaşlı) və Uğur Məmmədovdur (azyaşlı).
Azyaşlılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü M.Məmmədov "Muğam müsabiqəsi"nin iştirakçısı olub və yarışmada 3-cü yeri tutub.
Zərdab rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Toyota" markalı minik maşınının idarəetmədən çıxaraq aşması nəticəsində 1965-ci il təvəllüdlü İntiqam Qnyaz oğlu Məmmədov ölüb, bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.