Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb

Zaqatala rayonunun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

"Report" xəbər verir ki, bu barədə rayon prokurorluğundan bildirilib.

Qeyd olunub ki, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18