Zaqatalada qadına məxsus çantadan qızıl və pul oğurlayan şəxs saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən kafelərin birində qadına məxsus çantadan pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.  

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin M.Mahmudova olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39