Zaqatalada istehsalat müəssisəsində yanğın olub

Zaqatala rayonunun Aşağı Tala kəndində istehsalat müəssisəsinin ərazisində ümumi sahəsi 12 m² olan qurutma kamerasında xurma ilə dolu 400 ədəd taranın 100 ədədi yanıb.

Bu barədə "Report"a FHN-ə bildirilib.

Taraların qalan hissəsi və qurutma kamerası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47