Zaqatalada bədbəxt hadisə baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Mamrıx kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 44 yaşlı İslam Davudov yaşadığı kənddə şabalıd yığarkən ağacdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.