Zaqatalada 43 yaşlı kişi şabalıd ağacından yıxılaraq iflic olub

Zaqatala. 20 sentyabr. REPORT.AZ/ Zaqatala rayonunda bədbəxt hadisə baş verib. 

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Car kənd sakini, 1975-ci il təvəllüdlü Rasim Əhməd oğlu Kamalov şabalıd ağacından yıxılıb.

O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Kamalova 11-ci bel fəqərəsinin qəlpəli yerdəyişən sınığı və aşağı ətrafların iflici diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47