Zaqatala sakinindən tapança aşkar edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahamalar kənd sakini S.Qaracayevdən nömrəsi silinmiş “Revolver” tipli tapança aşkar edilərək götürülüb.