Zaqatala sakinindən odlu silah götürülüb

Zaqatala rayon sakinindən odlu silah götürülüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Tala kənd sakini Ceyhun Cabbarovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Digər xəbərlər

Qubada zəlzələ olub 09 dekabr, 2025 / 22:49