Zabratda avtomobil piyadanı vurub, yolda sıxlıq yaranıb

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində avtomobil piyadanı vurub, yolda sıxlıq yaranıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən hazırda Heydər Əliyev prospekti istiqamətində sıxlıq yaranıb. Məlumata görə, sıxlığın aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31