Gəncədə yüksək sürət qəzaya səbəb olub, xəsarət alan var

Gəncə. 3 yanvar. REPORT.AZ / Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. 

Belə ki, dövlət nömrə nişanlı 20-DE-129 olan “BMW-318” markalı avtomobil, dövlət nömrə nişanlı 20-CK-262 olan “Mercedes-Benz” markalı avtomobil ilə toqquşub. Nəticədə “Mercedes-Benz” markalı avtombilin sərnişini xəsarət alıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib. 

İlkin ehtimala görə, avtoqəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12