Yevlaxda zəncirvari qəza olub, xəsarət alanlar var 

Yevlax rayonunda 3 nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində "VAZ-2107", "Renault" və traktor toqquşub.

Nəticədə Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü N.İsmayılov və azyaşlı xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29