Yevlaxda yük maşını maneəyə çırpılıb, xəsarət alan var

Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşınının (TIR) təkəri partladığından idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü, Bərdə rayon sakini, 1961-ci il təvəllüdlü Eldar Bədirxanov xəsarət alıb. O, xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26