Yevlaxda yük avtomobili aşıb, xəsarət alanlar var

Yevlax. 18 avqust. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının 363-cü kilometrliyində, Yevlax rayon ərazisindən keçən hissəsində baş verib.

Şəmkir rayonundan Bakı istiqamətinə hərəkətdə olan "QAZel" markalı kiçik həcimli yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, Şəmkir rayon sakini, 1967-ci il təvəllüdlü Gülnarə Həsənova müxtəlif bədən xəsarəti alıb. O, xəstəxanaya yerləşdiriib. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. 

Hadisə zamanı yüngül xəsarət alan avtomobilin sürücüsü və daha bir sərnişininə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47