Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Dədə Qorqud küçəsində baş verən qəzada iki nəfər - 1994-cu il təvəllüdlü Arzu Ələkbərov və 1993-cü il təvəllüdlü Amil Hüseynov xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.