Yevlaxda yol qəzası olub, sürücülərdən biri hadisə yerindən qaçıb

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Qoyun Binəsi kəndinin ərazisində qeydə alınıb.

Belə ki, "Niva" və "Volkswagen" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Onlardan biri 69 yaşlı Sarı Quliyev xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, qəza törədən sürücülərdən biri hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər