Yevlaxda yol qəzası baş verib, ana və qızı xəsarət alıb

Yevlax. 16 avqust. REPORT.AZ/ Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Yevlax Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında "Opel" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə "Opel"dəki sərnişinlər - Bakı şəhər sakinləri, 1967-ci il təvəllüdlü Zibeydə Ramazan qızı Ağayeva və onun qızı, 1994-cü il təvəllüdlü Lalə Həsən qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47