Yevlax. 11 İyun. REPORT.AZ/ Yevlaxda körpəni ilan sancıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında Xanabad kəndində baş verib.
Belə ki, yaşadığı həyətdə oynayarkən nəzarətsiz qalan yaş yarımlıq - 2016-cı il təvəllüdlü Cəfərov Ramal Tural oğlunu ilan sancıb.
Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Körpəyə təcili tibbi yardım göstərilib və o, xəstəxanaya yerləşdirilib.