Yevlaxda qız üstundə 23 yaşlı gənc bıçaqlanıb

Yevlax. 4 aprel. REPORT.AZ/ Yevlax rayonunda qız üstundə 23 yaşlı gənc bıçaqlanıb.  

"Report"un Şirvan bürosu xəbər verir ki, 1995-ci il təvəllüdlü rayonun Qaroğlan kənd sakini Xəyal Fariz oğlu Məmmədov münaqişə zəminində gicgah və ağız nahiyəsindən bıçaq zərbələri alıb.

Üstəlik, ona məxsus “VAZ-2107” markalı minik avtomobilinin müəyyən hissələri əzilib, şüşəsi sındırılıb. Yaralı şəxsi avtomobili ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gedib və dərhal əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 15 aprel, 2026 / 07:43