Yevlaxda piyadanı avtomobil vurub

Yevlax. 3 avqust. REPORT.AZ/ Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin mərkəzi küçələrindən birində yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Cəmilli Murad Mətləb oğlu "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub.

Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48