Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Opel" markalı avtomobil yük maşınına çarpılıb.
Nəticədə minik avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Vüsal Xəlilov xəsarət alıb. O, Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.