Yevlaxda minik maşını maneəyə çırpılıb - FOTO

Yevlax. 28 oktyabr. REPORT.AZ/ Yevlax şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" markalı avtomobilin şəhərin mərkəzi küçələrindən birində idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1991-ci il təvəllüdlü Mehman Kərimov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Tovuzda zəncirvari yol qəzası baş verib.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54