Yevlaxda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB

Yevlax. 14 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kənd yolunda qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili qarşı tərəfdən gələn sərnişin daşıyan "Ford" markalı mikroavtobusla toqquşub. Nəticədə sürücülər və sərnişinlərdən ikisi xəsarət alıb. Sürücülərin vəziyyəti normal olduğundan onlara ambulator yardım göstərilib. 

"VAZ-2107"nin sərnişini, Yevlax rayon sakini, 1983-cü il təvəllüdlü Elşad Əliyev huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Mikroavtobusun xəsarət alan sərnişini isə yaxınları tərəfindən özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47