Bakı. 4 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda keçmiş məhkumdan silah-sursat götürülüb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Raqif Qafurovdan “AKSU” markalı silah, 16 ədəd patron və 1 ədəd patron darağı götürülüb.