Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Yevlax rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Səmədabad kənd yolunda qeydə alınıb. 

Belə ki, "VAZ-2107" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə 2 nəfər - Yevlax şəhər sakinləri, 1984-cü il təvəllüdlü İlkin Mikayılov və 1956-cı il təvəllüdlü Rafiq Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54