Yevlax rayonunda yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı yük maşını ilə "VAZ-2170" markalı minik avtomobili toqquşub. Nəticədə minik maşınının sürücüsü, Rusiya Federasiyasının Tümen vilayətində yaşayan, 1996-cı il təvəllüdlü Bəylər Mədət oğlu Balakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yük maşınının sürücüsü isə ciddi xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.