Yevlaxda ik avtomobil toqquşub, xəsarət alanlar var

Yevlax şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. 

"VAZ-2107" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Elçin Məmmədov və 1994-cu il təvəllüdlü Natiq Zamanov xəsarət alıblar. 

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər