Yevlaxda içərisində 5 nəfərin olduğu maşın aşıb

Yevlax. 5 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Niva" markalı avtomobilin rayonun Qaraoğlan kəndi yolunda idarəetmədən çıxaraq aşması nəticəsində 1942-ci il təvəllüdlü Heydərov Sadıq Həmid oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qəza zamanı həmçinin maşının sürücüsü və digər 3 sərnişin yüngül xəsarət alıb.

Maşındakı şəxslər yaxın qohum olublar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47