Yevlaxda elektrovoz kişini vuraraq öldürüb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Yevlaxda 60-65 yaşlı kişini elektrovoz vuraraq öldürüb. Bu barədə "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, oktyabrın 16-da saat 23 radələrində Yevlax dəmiryolu stansiyası ərazisində qorunmayan keçiddə elektrovozla 60-65 yaşlı kişi vurulub və həmin şəxs hadisə yerində ölüb.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48