Yevlaxda beş gün öncə maşının vurduğu piyada xəstəxanada ölüb

Yevlax. 10 aprel . REPORT.AZ/ Aprelin 5-i axşam saatlarında Yevlax rayonunda avtomobil tərəfindən vurulan piyada bu gün xəstəxanada dünyasını dəyişib.

"Report”un Şirvan bürosu xəbər verir ki, 1976-cı il təvəllüdlü Havarlı kənd sakini Məmmədov Eldəniz Şahlar oğlu həmin kənddə yolu keçərkən “Opel” markalı avtomobil tərəfindən vurulub.

Yaralı 5 gün xəstəxanada müalicə alıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47