Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Hyundai" markalı avtomobilin betonqarışdıran yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Murad Elçin oğlu Yusibov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38