Yevlaxda avtomobil aşdı, xəsarət alan var

Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hərəkətdə olan BMW markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü, Yevlax şəhər sakini, 1994-cü il təvəllüdlü Ramazan Həsənov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36
Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31