Yevlax. 8 may. REPORT.AZ/ Yevlaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Yevlax şəhərində baş verib.
Yolu keçən piyada, 1996-cı il təvəllüdlü Dilavər Şahin oğlu Xəlilov avtomobil tərəfindən vurulub. Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.
Hadisə ilə bağlı araşdırma aparılır.